24August2016

"AzəriDizayn-2003" MMC şirkətinin əsasi 2003-cü ildə qoyulub. Müasir dizayn, çeşid çoxluğunu, keyfiyyəti və müştəri yönümlülük kimi prinsipləri üstün tutan şirkətimiz gözəl və rahat, bir-birindən fərqli mebel istehsalı ilə məşğul olur.

Missiyamız, müştərinin bütün arzularını nəzərə alaraq, planlaşdırılmış vaxt cədvəlinə dəqiq riayət edərək dünya standartlarına uyğun, keyfiyyətli ofis və ev mebellərin istehsalıdır.

 

İstər ofis, istər ev mebelini Siz "AzəriDizayn-2003" MMC şirkətində sifariş verə bilərsiniz. Təcrübəli dizayner va konstruktorlarımız Sizin arzularınızı nəzərə alaraq, individual dizayn, funksional va rahat mebel təklif edəcəklər.

İstehsal olunan bütün mebel növlərinə 3 il keyfiyyət təminatı və bundan sonra da güzəştli xidmət təklif olunur. Bütün növ dizayner xidmətləri, daşınma, quraşdırılma pulsuzdur.

 

"AzəriDizayn-2003" MMC şirkəti mebel istehsali sahəsində Turkiyə, italiya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Çin kimi ölkələrin aparıcı şirkətləri ilə əməkdaşlıq edir.

Şirkət fəaliyyət göstərdiyi müddət ərzində dövlət qurumlarına, beynəlxalq təşkilatlara, iqtisadiyyatın müxtəlif sferalarında fəaliyyət göstərən subyektlərə çoxsaylı uğurlu layihələr həyata keçirmişdir. Əminik ki, ilk əməkdaşlığımız uzunmüddətli tərafdaşlıq üçün etibarlı zəmin yaradacaqdır.

 

Sizi müştərilərimizin sırasında görməkdən məmnun olardıq.

 

Hörmətlə, Azər Rəhimov

 

PORTFOLIO

005.JPG038.JPG026.JPG036.JPG007.JPG008.JPG011.jpg033.JPG010.jpg018.JPG022.JPG020.JPG019.JPG016.JPG030.JPG002.JPG024.JPG041.JPG032.JPG043.JPG009.jpg004.JPG035.JPG013.JPG025.JPG017.JPG001.JPG014.JPG027.JPG021.JPG040.JPG042.JPG028.JPG015.JPG023.JPG012.JPG034.JPG044.JPG003.JPG006.JPG039.JPG

FaceBook

facebook like box joomla